Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 344 min 260 xarici vətəndaş səfər edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur.
Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin hesabatında qeyd olunub.
Məlumata görə, təkcə avqust ayında ölkəyə 245 337 nəfər gəlib. Bu da ötənilki göstəriciyə nisbətən 23 % çoxdur.
Ötən ay Azərbaycana ən çox turist 63 339 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (34 174 nəfər), üçüncü yerdə isə Hindistan (21 137 nəfər) qərarlaşıb.
Bu dövrdə İrandan 17,6 min, Səudiyyə Ərəbistandan 13,5 min, Gürcüstandan 9,9 min, Pakistandan 9,3 min, Qazaxıstandan 9,3 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Küveytdən 5,1 min, Çindən 4,9 min, Omandan 4,6 min, Özbəkistandan 4,2 min, İsraildən 4 min, Ukraynadan 3,4 min turist gəlib.