Tozlandırıcı həşəratların sayının azalması kənd təsərrüfatında məhsuldarlığın ciddi şəkildə aşağı düşməsinə səbəb olur.
Xezerxeber.az xəbər verir ki, bu fikir “Nature Ecology & Evolution” jurnalında dərc olunmuş məqalədə yer alır.
Məqalə müəllifləri tədqiqat zamanı 6 qitədə 1500 əkin sahəsi üzrə çoxillik məlumatları təhlil ediblər. Tədqiqatlar sübut edib ki, tozlandırıcı həşəratların seyrək olduğu ərazilərdə məhsuldarlıq ciddi şəkildə azalıb. 25 növ bitkini araşdıran mütəxəssislər alma, qaragilə və kakao plantasiyalarında məhsuldarlığın daha ciddi azaldığını sənədləşdiriblər. Küləklə tozlanan bitkilərdə isə məhsuldarlıq çox da dəyişməyib.