Dünya birjalarında neft bahalaşıb.
Xezerxeber.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,11 dollar artaraq 79,87 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,15 dollar artaraq 77,13 dollar təşkil edib.