Rusiya Federasiyası Hökuməti sentyabrın 1-dən benzin ixracına yeni məhdudiyyət tətbiq edib.
Xezerxeber.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə hökumətin teleqram kanalında bildirilib.
“2024-cü il sentyabrın 1-dən dekabrın 31-dək Rusiyada benzinin ixracına müvəqqəti məhdudiyyət yenidən qüvvədə olacaq. Bu barədə qərar imzalanıb. Qərar mövsümi tələbatın davam etdiyi və neft emalı zavodlarında aparılan planlı təmir dövründə yanacaq bazarında sabit vəziyyəti saxlamaq məqsədilə qəbul edilib”, - deyə məlumatda deyilir.
Məhdudiyyət, o cümlədən Avrasiya İqtisadi İttifaqına üzv dövlətlər də daxil olmaqla, beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində vətəndaşların şəxsi istifadə üçün ixrac etdiyi yanacağa, habelə beynəlxalq humanitar yardım məqsədilə ixrac edilən yanacağın tədarüklərə şamil edilməyəcək”, - deyə məlumatda dəqiqləşdirilir.
Hazırda Rusiyada benzin ixracına hökumət tərəfindən 2024-cü il martın 1-dən avqustun 31-dək tətbiq edilən müvəqqəti qadağa qüvvədədir.