İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cari ilin yanvar-iyun ayları ərzində baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə qarşı 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi göstərişlər verilib.
Xezerxeber.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətləri 13 bazar subyekti, bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərinin pozulması halları isə 20 bazar subyekti tərəfindən könüllü aradan qaldırılıb.