Xəzər Xəbər

Türkiyədə idxal gömrük rüsumları kəskin artırılıb

İqtisadiyyat | 11:43 • 6 Avqust 2024
Türkiyədə idxal gömrük rüsumları kəskin artırılıb

Türkiyədə rüsumsuz xarici alış-veriş limiti azaldılıb, idxal gömrük rüsumları artırılıb.

Xezerxeber.az bildirir ki, bu barədə "Resmi Gazete"də xəbər yayılıb.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqından gələn mallara 30%, Çin də daxil olmaqla digər ölkələrdən gələn mallara 60% vergi tətbiq edilməsi haqqında fərman imzalayıb.  
Əvvəllər vergi Aİ-dən gələn məhsullar üçün 18%, digər ölkələrdən gələn məhsullar üçün isə 30% idi.

Qərara əsasən, sürətli çatdırılma ilə beynəlxalq alışlar üçün vergidən azad limit 150 avrodan 30 avroya endirilib.

Xəbər lenti