Xəzər Xəbər

Azərbaycanda toyuq əti ilə bağlı dövlət standartı qəbul edilib

İqtisadiyyat | 15:44 • 31 İyul 2024
Azərbaycanda toyuq əti ilə bağlı dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 956:2024 “Toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri). Texniki şərtlər” yeni dövlət standartı qəbul edib.

Xezerxeber.az bu barədə Xezerxeber.az-a Dövlət Xidmətindən bildirilib. 
Yeni dövlət standartı ölkə ərazisində quşçuluq sahəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması, məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul edilib.

Sözügedən dövlət standartı “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 24) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Xəbər lenti

Çox oxunanlar