Bu il Azərbaycanda iqtisadi artımın 3,5-4 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM-in 5,5-6 faiz olacağı gözlənilir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iyulun 31-də keçirdiyi mətbuat konfransında bildirib.
Mərkəzi Bankın sədri qeyd edib ki, 2025-ci ildə ÜDM-in 2-2,5 faiz, qeyri-neft-qaz sektorunda 4-5 faiz artacağı proqnozlaşdırılır.