Cari ilin 6 ayında xarici ticarət balansında 4 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı faiz dəhlizinin parametrləri haqqında məlumatda bildirilib.
AMB-nin məlumatında əlavə edilib ki, həmin dövrdə ölkənin strateji valyuta ehtiyatları 1.8 faiz artaraq 69.7 milyard dollar olub: "O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.1 faiz artaraq 11.7 milyard dollara çatıb".