Xəzər Xəbər

Universitetlərdə illik təhsil haqqının artırıldığı iddiaları DOĞRUDUR?

İqtisadiyyat | 15:44 • 26 İyul 2024
Universitetlərdə illik təhsil haqqının artırıldığı iddiaları

Sosial şəbəkələrdə universitetlərdə illik təhsil haqqının artırıldığı ilə bağlı məlumat yayılır. Qeyd edilir ki, sözügedən artım 200-300 manat arası təşkil edir.

Məsələ ilə bağlı universitetlərə sorğu ünvanlanıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov qeyd edib ki, bu ilə qədər bütün ixtisaslar üzrə 2000 AZN təşkil edirdi.

"Bu ildən sonra artıq 2300 AZN olacaq", - deyə o əlavə edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, universitetdə təhsil haqqı artımı yoxdur.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı qeyd edib ki, Azərbaycan Dillər Universitetində bir sıra ixtisaslarda qismən təhsilhaqqı dəyişikliyi nəzərdə tutulub.

"Buna misal olaraq, ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə Dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə, beynəlxalq münasibətlər ixtisaslarını göstərmək olar. İngilis dili müəllimliyi ötən illərdə 2500 AZN olub, indi isə 2700 AZN olacaq", - deyə o bildirib.

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva bildirib ki, BDU-da tələbə qəbulunun 70 faizdən çoxu dövlət sifarişlidir: "Ödənişli əsaslarla təhsil haqlarında, əsasən, dəyişiklik yoxdur". (trend)

Xəbər lenti

Çox oxunanlar