Xəzər Xəbər

Mikayıl Cabbarov özəl sektorda aktivliyi artırmaq niyyətində olduqlarını DEYİB

İqtisadiyyat | 15:32 • 26 İyul 2024
Mikayıl Cabbarov özəl sektorda aktivliyi artırmaq niyyətində olduqlarını

Azərbaycanın biznes təmsilçiləri ilə birgə fəaliyyəti gücləndirərək özəl sektorda aktivliyi artırmaq niyyətindəyik.

Xezerxeber.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Qeyri-neft sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlarımızla görüşməkdən məmnun olduq. Yerli istehsalın artımı və ixrac bazarlarının genişləndirilməsi imkanlarını müzakirə edərək sualları cavablandırdıq və iş adamlarının təkliflərini dinlədik”, - deyə nazir bildirib.

Xəbər lenti

Çox oxunanlar