Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf şirkətin Sumqayıt şəhərində yerləşən emal müəssisələrində həyata keçirilən transformasiya proqramı ilə yaxından tanış olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, səfər zamanı yenidənqurma layihələri nəticəsində müəssisələrin xammal təminatının və keyfiyyətinin artırılması istiqamətində görülən işlər nəzərdən keçirilib.
Həmçinin, SOCAR-ın Sumqayıtda yerləşən emal müəssisələrində tətbiq edilən texnologiyalar və maliyyə effektləri barədə məlumat verilib, gələcək hədəflər müzakirə edilib.