Xəzər Xəbər

SOCAR məişətdə yanacaqdan istifadəni sıfıra endirmək üçün daxili imkanlarından istifadə edir

İqtisadiyyat | 13:55 • 18 İyul 2024
SOCAR məişətdə yanacaqdan istifadəni sıfıra endirmək üçün daxili imkanlarından istifadə edir

SOCAR-ın dekarbonizasiya proqramı 2050-ci ilə qədər emissiyaları xalis sıfıra çatdırmağı hədəfləyir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına təşkil edilən media-tur zamanı deyib.

O bildirib ki, SOCAR-ın dekarbonizasiya proqramı ermissiya göstəricilərinin tədqiqi, portfelin qiymətləndirilməsi ve emissiyaların azaldılması ilə bağlı real hədəflərin araşdırılmasına əsaslanır.

“SOCAR 2030-cu ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq. Məqsədlərimizə çatmaq üçün SOCAR öz daxili imkanlarından - dekarbonizasiya, yeni bizneslərin fəaliyyətə başlaması və təşkilati transformasiya istifadə edir ”, - deyə o bildirib.

Onun sözlərinə görə, SOCAR-ın fəaliyyət göstərdiyi əsas coğrafiyalarda əməliyyatların tammiqyaslı dekarbonizasiyası proqramına artıq başlanılıb: “Aparıcı qlobal şirkətlərlə tərəfdaşlıq çərçivəsində yeni bizneslərin qurulması bərpaolunan enerji - günəş, külək, yaşıl hidrogen və Azərbaycanın spesifik ərazilərinin inkişafının dəstəklənməsi üçün yeni texnologiyalar tətbiq olunur”.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025
Ərzaq bahalaşıb
Ərzaq bahalaşıb
08:57 • 8 Mart 2025

Xəbər lenti