Xəzər Xəbər

Naxçıvanda indiyə qədər verilən ipoteka kreditlərinin həcmi AÇIQLANDI

İqtisadiyyat | 16:46 • 16 İyul 2024
Naxçıvanda indiyə qədər verilən ipoteka kreditlərinin həcmi

İndiyə qədər Naxçıvan Muxtar Respublikasında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 650-yə yaxın vətəndaşa ümumilikdə 31 milyon manatdan çox kredit verilib.

Xezerxeber az xəbər verir ki, bunu Fondun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev bildirib.

"O cümlədən "Naxçıvan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına 400-ə yaxın vətəndaşa 18,6 milyon manat kredit alıb. Muxtar Respublikanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində növbəti illərdə bölgədə ipoteka kreditləşməsinin dinamik inkişafı proqnozlaşdırılır", - deyə o qeyd edib.

Xəbər lenti

Çox oxunanlar