Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında ortaaylıq nominal əməkhaqqı 766,7 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur.
Xezerxeber.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu ilin yanvar-iyun aylarında muxtar respublikada əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 91 milyon 690 min manat olub.
Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.