Xəzər Xəbər

Benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizədək artıb

İqtisadiyyat | 12:07 • 15 İyul 2024
Benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizədək artıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyard 557,8 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən Xezerxeber.az-a bildirilib ki, 2023-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 5,9 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7 faiz gəlir əldə edilib.

Xəbər lenti