Xəzər Xəbər

Ödənişli avtomagistrallarda ödənişin məbləğinin müəyyənləşdirilməsi qaydası dəyişib

İqtisadiyyat | 10:57 • 13 İyul 2024
Ödənişli avtomagistrallarda ödənişin məbləğinin müəyyənləşdirilməsi qaydası dəyişib

Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nda dəyişiklik edib.

Xezerxeber.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, hər bir ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən təsdiq ediləcək. 

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilib.

 

 

Xəbər lenti

Çox oxunanlar