Xəzər Xəbər

Beynəlxalq sərnişin və yük daşıyan sürücülərin qiymətləndirilməsinin haqqı müəyyən edilib

İqtisadiyyat | 16:59 • 11 İyul 2024
Beynəlxalq sərnişin və yük daşıyan sürücülərin qiymətləndirilməsinin haqqı müəyyən edilib

Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq keçməsinin qaydaları təsdiq edilib.

Xezerxeber.az xəbər verir ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.8-ci yarımbəndinin icrası ilə bağlı qəbul edilib. 

Qərarla avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydası təsdiq edilib.

Qərarla Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirmənin aparılmasına görə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər tərəfindən ödənilən haqqın məbləği 60 manat təsdiq edilib.

Bu Qərar “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair Proqram”ı bitirmək haqqında etibarlılıq müddəti başa çatmamış şəhadətnamələrə malik olan şəxslərə şamil edilmir.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025
Ərzaq bahalaşıb
Ərzaq bahalaşıb
08:57 • 8 Mart 2025

Xəbər lenti