Çin 1995-2023-cü illər ərzində Azərbaycana 930,8 miyon dollar məbləğində birbaşa investisiya yatırıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "ŞƏT Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda deyib.
O bildirib ki, bu məbləğin 754,1 milyon dolları neft-qaz, 176,7 milyon dolları isə qeyri-neft-qaz sektoruna qoyulub.