Xəzər Xəbər

Azərbaycan və Özbəkistan Mərkəzi Bankları arasında sənəd imzalanıb

İqtisadiyyat | 10:52 • 4 İyul 2024
Azərbaycan və Özbəkistan Mərkəzi Bankları arasında sənəd imzalanıb

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Düşənbəyə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının Mərkəzi Bankının sədri Mamarizo Nurmuratovla görüşü keçirilib.

Xezerxeber.az xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və Azərbaycan Mərkəzi Bankı ilə Özbəkistan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bildirilib ki, memorandum hər iki mərkəzi bank arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə, həmçinin maliyyə sektorunun inkişafına töhfə verəcək.

Qeyd edək ki, Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında mühüm sahələr üzrə tərəfdaşlığın dərinləşdirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin təşkilinin həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar