Dünya birjalarında neft bahalaşıb.
Xezerxeber.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,45 dollar artaraq 85,45 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,43 dollar artaraq 81,97 dollar təşkil edib.