"Naxçıvanbank" ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyini elan edib.
Xezerxeber.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 44 milyon manatdır. Bankın səhmlərinin 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova, 9,82 %-i isə Binnət Novruzova məxsusdur.
Bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 2-ci təcrübədir. Bundan əvvəl "Para Bank" ASC "Para" MMC BOKT-a çevrilib.