Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Xezerxeber.az-ın xəbərinə görə, qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirlər 35 236 394,3 min manat, xərclər 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.