İran gündəlik neft hasilatını 4 milyon barelə çatdırmağı planlaşdırır.
Xezerxeber.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, İranın müvəqqəti prezidenti Məhəmməd Moxberin başçılıq etdiyi İqtisadi Şura ölkənin neft hasilatını gündə 3,6 milyon bareldən 4 milyon barelə çatdırmaq planını təsdiqləyib.
Qeyd edək ki, İran Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) əsas neft istehsalçısıdır.