Xəzər Xəbər

Bu ilin büdcəsinin xərcləri artırılır

İqtisadiyyat | 16:43 • 25 May 2024
Bu ilin büdcəsinin xərcləri artırılır

Yenidən baxılma ilə 2024-cü il icmal büdcədə gəlirlər 43480,0 milyon manat proqnozlaşdırılır. Bu rəqəm təsdiq olunmuş göstəriciyə nisbətən 4482,5 milyon manat və ya 11,5 faiz çoxdur.

Xezerxeber.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, icmal büdcənin xərcləri 45591,8 milyon manat proqnozlaşdırılır. Bu, təsdiq olunmuş göstəriciyə nisbətən 3215,6 milyon manat və ya 7,6 faiz, 2023-cü ilin icra göstəricisinə nisbətən isə 5258,5 milyon manat və ya 13,0 faiz çoxdur.

İcmal büdcə 2111,8 milyon manat kəsirlə proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş kəsirə nisbətən 1267,0 milyon manat və ya 37,5 faiz azdır.

Xəbər lenti

Çox oxunanlar