Xəzər Xəbər

Yeni dövlət rüsumu müəyyənləşir

İqtisadiyyat | 13:59 • 24 May 2024
Yeni dövlət rüsumu müəyyənləşir

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi üçün 150 manat dövlət rüsumu alınacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Çox oxunanlar