“COP29 qonaqları istədikləri platformadan seçdikləri hotellərdə qala bilərlər”.
Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, COP29 qonaqları üçün yaradılan onlayn yerləşdirmə platformasının əsas məqsədi onların daha rahat şəkildə hotel tapmasına kömək etməkdir: “Platformada yerləşdirilən hotellər iki kateqoriyada seçilib. Birincisi ulduz kateqoriyasından keçən hotellərdir. İkincisi isə logistik baxımdan daha əlverişli olmasıdır. Ancaq hotel seçmək baxımından qonaqlar sərbəstdirlər. Onlar hotel seçmək üçün istənilən platformadan yararlana bilərlər”.