Xəzər Xəbər

Şengen vizası bahalaşacaq

İqtisadiyyat | 16:11 • 21 May 2024
Şengen vizası bahalaşacaq

İyunun 11-dən etibarən Şengen vizası bahalaşacaq. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Avropa Komissiyası qısamüddətli Şengen vizasının (C növü vizası) qiymətini inflyasiya səbəbindən 12% artırmaq qərarına gəlib. Belə ki, gələn aydan böyüklər üçün bu məbləğ 90 avro (təxminən 166,2 manat), 6-12 yaş uşaqlar üçün isə 45 avro (83,1 manat) olacaq.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən “Report”a bildirilib ki, viza sadələşmə müqavilələri olan ölkələr üçün Şengen vizasının rüsumu dəyişməyəcək, 35 avro olaraq qalacaq.

Qeyd edək ki, viza müraciət ərizəsinin baxılması üçün dövlət rüsumu 80 avro təşkil edir.

Azərbaycan və Avropa İttifaqı arasında viza sadələşdirilməsinə dair müqaviləni nəzərə almaqla, Azərbaycan vətəndaşları üçün viza müraciət ərizəsinin baxılması üçün dövlət rüsumu 35 avrodur.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025
Ərzaq bahalaşıb
Ərzaq bahalaşıb
08:57 • 8 Mart 2025

Xəbər lenti