Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik.
Trend xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
"Bu qış Naxçıvana təbii qaz Türkiyə üzərindən çatdırılacaq. Biz bu xətti (İğdır-Naxçıvan) tez bir zamanda istifadəyə verməyi planlaşdırırıq", - o qeyd edib.