Bu ilin birinci rübündə Azərbaycan 122 milyon 518 min ABŞ dolları dəyərində 6 763 ton əczaçılıq məhsulu idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36,2 % və 22 % azdır.
Xezerxeber.az-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3,3 %-ni təşkil edib.
Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4,77 %-nə bərabər olub.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında ölkədə pərakəndə ticarət şəbəkələrində 313.9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.