Xəzər Xəbər

Rusiya şəkər ixracını ayandırıb

İqtisadiyyat | 09:14 • 4 May 2024
Rusiya şəkər ixracını ayandırıb

Rusiya hökuməti şəkər ixracını müvəqqəti olaraq dayandırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin "Telegram" kanalında məlumat verilib. 

Hökumət bu qərarın daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıdığını bildirib.

Məhdudiyyət bu il avqustun 31-dək qüvvədədir. 

Eyni zamanda, Avrasiya İqtisadi Birliyinin (Aİİ) dörd ölkəsinə məhdud səviyyədə ixraca icazə veriləcək:

Ermənistan 28 min ton;

Belarus 5 min ton;

Qazaxıstan 120 min ton;

Qırğızıstan 28,5 min ton.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, ölkədə hər il 6 milyon ton şəkər istehlak edilir və bu il təxminən 6,9 milyon ton şəkər istehsal ediləcəyi gözlənilir.

Xatırladaq ki, aprel ayında Rusiya hökuməti 2024-cü ildə taxıl ixracı üçün isə 5 milyon ton həcmində əlavə tarif kvotasını təsdiqləyib. Bu qərar iyunun 30-dək qüvvədə olacaq.

Xəbər lenti

Çox oxunanlar