Azərbaycan Texniki Universitetinin nizamnamə fondu 29 461 643 (iyirmi doqquz milyon dörd yüz altmış bir min altı yüz qırx üç) manatdır.
Xezerxeber.az xəbər verir ki, universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunda nəzərdə tutulan digər vəsaitdən formalaşdırılır.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Texniki Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və “Azərbaycan Texniki Universitetinin Nizamnaməsi” təsdiq edilib.