"Azərbaycan Hava Yolları" QSC-yə məxsus "ATR 72-500" markalı, "ATR-42/72" hava gəmisi üzrə pilotların hazırlanması üçün istifadə olunan simulyator satılır.
Xezerxeber.az xəbər verir ki, 2010-cu il istehsalı olan simulyator İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən may ayının 29-da hərraca çıxarılacaq.
Simulyatorun hərrac üçün start qiyməti 3 milyon 300 min manatdır.
Bundan başqa, Azərbaycan Rrespublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə məxsus "B-98" layihəli "Vixr" tipli gəmi də satılır. 1986-cı il istehsalı olan gəmi də may ayının 29-da hərraca çıxarılacaq.
Gəminin start qiməti 1 milyon 350 min manatdır.