Xəzər Xəbər

Azərbaycan OPEC+ kvotasını 87,3 faiz yerinə yetirib

İqtisadiyyat | 12:35 • 9 Aprel 2024
Azərbaycan OPEC+ kvotasını 87,3 faiz yerinə yetirib

Cari ilin mart ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 605 min barel olub.

Xezerxeber.az Energetika Nazirliyinə istinadən bildirir ki, bunun 481 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, cari il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Xəbər lenti

Çox oxunanlar