Mövcüd qida subyektlərinə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun necə tətbiq olunacağına aydınlıq gətirilib.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” təklif edilən dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
“Qüvvəyə minənədək alkoqollu içkilərin istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu Qanun qüvvəyə mindikdən sonra 6 (altı) ay müddətində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-1.3-cü maddəsində qeyd olunan şərtə əməl edilməsini təmin etməlidir. Bu müddət ərzində qeyd olunan tələbə əməl edilmədikdə qida obyektinin təsdiqi ləğv edilir”, - o deyib.