Xəzər Xəbər

Əhalinin avtomobil yanacağına xərcləri artıb

İqtisadiyyat | 12:42 • 13 Mart 2024
Əhalinin avtomobil yanacağına xərcləri artıb

Cari ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 449,4 mln. manat xərclənib.

Xezerxeber.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2023-cü ilin müvafiq dövrünün göstəricisini 10% üstələyib. 

Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına 3 063,4 mln. manat xərclənib, bu da illik müqayisədə 8,1% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Xəbər lenti

Çox oxunanlar