Xəzər Xəbər

Maliyyə Nazirliyi yüz milyonlarla artıq və əsassız ödənişlər AŞKARLAYIB HESABAT

İqtisadiyyat | 12:52 • 6 Mart 2024
Maliyyə Nazirliyi yüz milyonlarla artıq və əsassız ödənişlər AŞKARLAYIB

2023-cü ildə Maliyyə Nazirliyi tərəfindən görülmüş işlər nəticəsində ümumilikdə 726,5 mln. manat artıq və əsassız ödənişlər aşkar olunub və onlardan 3,6 mln. manat məbləğində vəsaitin yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabatda bildirilib ki, nazirliyin müvafiq iş planlarına əsasən aparılmış yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsinə görə artıq ödənilməsi aşkar olunmuş 8 mln. manat vəsaitin 3,6 mln. manatının təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib, yoxlamalar zamanı büdcə təşkilatlarında maliyyə nöqsanlarına yol verməklə inzibati xətalar törətdiklərinə görə 59 nəfər vəzifəli şəxsə 57,3 min manat məbləğində cərimələr tətbiq edilmiş və dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Nəzarət obyektlərindən 90 təşkilatda aparılmış yoxlamalarla 718,5 mln. manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunmuş və yoxlama materialları Nazirlik tərəfindən müvafiq qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.

Xəbər lenti

Çox oxunanlar