Xəzər Xəbər

Ötən il Azərbaycanda 4.5 mlrd. manat vergi borcu ləğv edilib

İqtisadiyyat | 18:14 • 5 Mart 2024
Ötən il Azərbaycanda 4.5 mlrd. manat vergi borcu

Azərbaycanda 2023-cü il 1 yanvar tarixinə 923 min vergi ödəyicisinin dövlət büdcəsinə ümumilikdə 2 milyard 356,7 milyon manat vergi borcu olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabatda deyilir ki, 2023-cü il ərzində 215,2 min vergi ödəyicisinin 4936,6 mln. manat məbləğində vergi borcu yaranıb, 210,9 min vergi ödəyicisinin 4 milyard 511,2 milyon manat məbləğində vergi borcu ləğv edilib. Ləğv edilmiş borc məbləğindən 674 milyon. manatı və ya 28,6%-i məhz 2023-cü il 1 yanvar tarixinə mövcud olmuş borcların payına düşüb.

2023-cü il ərzində artmış borc məbləğinin 288,6 milyon manatı (28,4%-i) səyyar vergi yoxlamaları nəticəsində, 504,4 milyon manatı və ya 49,6%-i kameral vergi yoxlamaları nəticəsində, 83,6 milyon manatı və ya 8.2%-i isə bəyannaməyə əsasən yaranıb.

Nəticədə 2024-cü il 1 yanvar tarixinə 96,7 min vergi ödəyicisinin dövlət büdcəsinə 2 milyard 782.1 mln. manat (o cümlədən əsas vergilər üzrə 1 milyard 809,9 milyon manat, faizlər üzrə 696.5 milyon manat və maliyyə sanksiyası üzrə 275,7 milyon manat) məbləğində borcu olub.

Ümumilikdə, 2023-cü il ərzində borclu vergi ödəyicilərindən daxilolma 3 milyard 923, 4 milyon manat olub.

Xəbər lenti

Çox oxunanlar