Avropa İttifaqı ölkələri Rusiyanın mayeləşdirilmiş təbii qazının alınmasına qadağa qoyulmasına “yekdil dəstək” ifadə etmirlər.
Xezerxeber.az xəbər verir ki, bunu Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson Aİ Şurasının energetika nazirləri səviyyəsində keçirilən iclasından sonra mətbuat konfransında deyib.
"Əlbəttə, Rusiya qazından xilas olmaq üçün ən təsirli tədbir Rusiyadan LNG-nin və boru kəməri ilə qazın tədarükünə sanksiyaların uzadılması olardı. Amma hələ ki, Aİ dövlət başçıları tərəfindən buna yekdil dəstək yoxdur”, - o əlavə edib.