Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Xezerxeber.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.
Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib:
2710 12 413 0 |
mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miq- darı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə |
1 ton üçün 200 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat) |
2710 12 510 1 |
mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miq- darı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə |
1 ton üçün 200 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat) |
2710 19 310 0 |
emalın spesifik prosesləri üçün qazoyllar |
1 ton üçün 80 manat |
2710 19 350 0 |
proseslərdə kimyəvi çevril- mələr üçün qazoyllar |
1 ton üçün 80 manat |
2710 19 421 0 – 2710 19 480 0 |
digər qazoyllar, o cümlədən dizel yanacağı |
1 ton üçün 80 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat) |
Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib.
Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.