Sumqayıt və Bakı arasında dəmir yolunda kifayət qədər sərnişin sıxlığı var.
Xezerxeber.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, ötən ilin əvvəlində günlük 24 min sərnişin daşındığı halda, bu rəqəm indi 30 mindən çoxdur. Sərnişin qatarlarındakı sıxlıq bununla bağlıdır.
O deyib ki, qatarların gecikməsi dünyanın hər yerində baş verir: "Soyuq və qeyri-normal hava şəraitində belə problemlər yarana bilir. Bununla bağlı əsas səbəb dəmiryolu infrastrukturunun çox köhnə olmasıdır. Bakı dairəvi dəmir yolunda elektrik sistemi ötən əsrin 20-ci illərində qurulub. Modernizasiya olunsa da, yolun əsaslı və yenidən təmirə ehtiyac var. Hazırda bunun layihəsi hazırlanır. Yolun tamamilə yenidən qurulması planlaşdırılır", - deyə ADY sədri əlavə edib.