Fevralın 20-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan Xezerxeber.az-a bildirilib ki, hərracda tələb 102,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.