Xəzər Xəbər

Azərbaycan Türkiyə üzərindən Macarıstana qaz tədarükünə başlayacaq

İqtisadiyyat | 17:11 • 17 Fevral 2024
Azərbaycan Türkiyə üzərindən Macarıstana qaz tədarükünə başlayacaq

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, Azərbaycan aprel ayında Türkiyə vasitəsilə Macarıstana təxminən 275 milyon kubmetr təbii qaz tədarük etməyə başlayacaq.

Xezerxeber.az "Anadolu" agentliyinə istinadla bildirir ki, Peter Siyarto bu addımın Macarıstanı Türkiyənin təbii qaz ixracatının ilk sərhədsiz alıcısına çevirəcəyini qeyd edib. O əlavə edib: “Biz 275 milyon kubmetr təbii qazın tədarükü ilə bağlı razılıq əldə etdik. Tədarük aprelin 1-dən başlayacaq. Yəni, Türkiyə ilk dəfə olaraq heç bir sərhədi olmayan ölkəyə qaz verəcək. Biz birinci ölkə olmaqdan məmnunuq”.

P.Siyarto Macarıstan ilə Türkiyə arasında çoxillik dostluğu qeyd edib, hər iki ölkənin Türk Dövlətləri Təşkilatında (TDT) fəal iştirak etdiyini bildirib. O bildirib ki, son dövrlər dünya siyasətində və qlobal iqtisadiyyatda baş verən dəyişikliklər regional təchizat və tranzit marşrutlarının, enerji resurslarının əhəmiyyətini artırıb.

Türkiyənin qaz nəqli üzrə geosiyasi əhəmiyyətindən danışan Siyarto bildirib ki, Rusiya qazını Qara dənizin dibi ilə 930 kilometr uzunluğunda boru kəməri vasitəsilə Türkiyəyə nəql edən “Türk axını” boru kəməri Rusiyadan Macarıstana bir nömrəli paylama marşrutu kimi istifadə olunur.

Xəbər lenti