Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması sahəsində görülən kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım dinamikası davam edir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin yanvar ayında ölkəmizdə əmək müqavilələrinin sayı 7,2 min müqavilə və ya 0,4 faiz artaraq, 1 milyon 816 min olub.
Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Bu ilin ilk ayında əməkhaqqı fondunda daha 0,9 faiz artım qeydə alınıb.
Ümumilikdə 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.