Ermənistanda Azərbaycandan təbii qazın tədarükü məsələsi yenidən gündəmə gəlib.
Xezerxeber.az xəbər verir ki, erməni KİV-in yazdığına görə, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Bakı və İrəvanın müzakirələrində hələlik bu mövzuya toxunulmadığını qeyd edib.
Nazirlik bəyan edib ki, Ermənistan və Azərbaycanın qaz nəqli sistemləri bir-birinə aşağıdakı magistral qaz kəmərləri vasitəsilə birləşdirilib:
Qazax-İrəvan, diametri 1000 mm, 6 km bərpa edilməlidir;
İlyiçevsk-İrəvan, diametri 700 mm, 22 km bərpa edilməlidir;
Qoris-Naxçıvan, diametri 700 mm, 16,5 km hissəsi bərpa olunmalıdır.
Ötən ilin payızında ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan siyasi məsələlər həll olunarsa, Ermənistanın Azərbaycandan qaz kəmərlərini bərpa etməyə hazır olması barədə danışıb.