Çin bankları sanksiyalardan qorxaraq Rusiya Federasiyası ilə əməliyyatları dayandırmağa başlayıb.
“Vedomosti” nəşri Rusiya idxalçılarının əsas bankı olan Çin Çoujou Kommersiya Bankının müştərilərinə hər hansı Rusiya və ya Belarus təşkilatları ilə əlaqələrin kəsilməsi barədə xəbərdarlıq etdiyini yazıb.
Şirkətlərdən birinin sahibi qəzetə deyib ki, artıq buna görə bir neçə sövdələşmə pozulub. Nəşrin həmsöhbətləri həm də logistikanın çökməsindən qorxurlar. Çin Yeni ili ilə bağlı uzun tətillər səbəbindən ən azı mart ayına qədər mal ixrac etmək mümkün olmayacaq.
Ödəniş sisteminin dəyişdirilməsi kömək etməyəcək. Əməliyyatlar təkcə SWIFT ilə deyil, həm də Rusiyanın SPFS və Çinin CIPS sistemi ilə də dayandırılıb. Çin bankları Qərbdən çox asılıdır və risk etməməyi üstün tuturlar.
Materialda deyilir ki, “Bank of China”nın Şenjendəki filialı artıq təsisçisi və ya direktorunun Rusiya vətəndaşlığı olan Çin şirkətləri üçün hesab açmır. Bundan əlavə, "PingPong" və "Xtransfer" sistemləri ödənişləri emal etməyi dayandırıb. (Modern.az)