"Naxçıvan Sığorta" və "Azərsığorta" (Dövlət Kommersiya Sığorta Şirkəti) İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkətlərinin siyahısından çıxarılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə İSB-dən bildirilib. Qeyd edilib ki, bununla da, Büroda iştirakçı qeyri-həyat sığorta şirkətlərinin sayı 12-dən 10-a, ümumi iştirakçılarının sayı isə 17-dən 15-ə enib.
Qeyd edək ki, ötən il dekabrın 8-də könüllü mraciət əsasında Azərbaycan Mərkəzi Bankı “Naxçıvan Sığorta”nın lisenziyasını ləğv edib. Bu il yanvar ayının 31-də isə Prezident İlham Əliyevin fərmanı ilə "Azərsığorta" şirkəti ləğv edilib.