Azərbaycan Mərkəzi Bankı (AMB) Gürcüstanın "Maqnus" sığorta şirkətinin yerli törəməsi "Maqnus Sığorta Brokeri" MMC-ni reyestrinə daxil edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarına 5 illik fasilədən sonra xarici broker daxil olub. Sonuncu dəfə 2019-cu ildə Avstriyanın "GrECo JLT Specialty GmbH" şirkəti sığorta broketlərinin reyestrinə daxil edilmişdi.
Yeni şirkətin sığorta bazarına daxil olması ilə AMB-nin reyestrindəki xarici brokerlərin sayı 86-ya çatıb.
Xatırladaq ki, "Maqnus" Gürcüstanda 2016-cı ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.