Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkan istefasını istəyib.
Xezerxeber.az-ın verdiyi xəbərə görə, o, vəzifəsindən azad olmaq isədiyini "X" sosial media hesabında bildirib.
“Bütün müsbət hadisələrə baxmayaraq, ictimaiyyətə məlum olduğu kimi, son vaxtlar mənə qarşı böyük qarayaxma kampaniyası təşkil olunub. Ailəmin və heç yaş yarımı olmayan günahsız övladımın bu prosesdən daha da təsirlənməsinin qarşısını almaq üçün cənab prezidentimizdən tutduğum vəzifədən azad edilməmi xahiş etmişəm”, - deyə o bildirib.
Türkiyə Mərkəzi Bankının yeni sədri isə Fatih Karahan təyin edilib.
Qərar “Rəsmi Qəzet”də dərc edilib.
Karahan bu günədək Mərkəzi Bankın sədr müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən gün Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkan istefa verib.
1982-ci ildə anadan olmuş Fatih Karahan Boğaziçi Universitetini bitirib, 2012-ci ildə Pensilvaniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Təhsildən sonra Nyu-York Universitetində və Nyu-York bankında işləyib.