2023-cü ilin yekununda Azərbaycanın strateji valyuta ehtiyatları 66,5 milyard ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin yekunu ilə müqayisədə 17 % çoxdur.
Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.
"O cümlədən, ötən il AMB-nin strateji valyuta ehtiyatları 29,1 % artaraq 11,6 milyard ABŞ dollarına çatıb", - deyə sədr qeyd edib.